ikea-xalca-alicilarini-skan-etmeden-kecmeye-mecbur-edib

“IKEA” xalça alıcılarını skan etmədən keçməyə məcbur edib

"IKEA" mebel istehsalçısı alıcılarını xalça alışı zamanı skan etmədən keçməyə məcbur edib. İnsider.az bu haqda "vc.ru"-ya istinadla bildirir.

Cari ilin aprel ayında “IKEA” “Art-ivent 2019” adlı məhdud sayda xalça kolleksiyasının təqdimatını keçirib. Kolleksiya üçün eskizləri səkkiz müasir dizayner yaradıb: məsələn, “Louis Vuitton”-un kişi xətti üzrə art-direktoru Vircil Ablo, avanqardçı Kreyq Qrin və başqaları. Kolleksiyadakı bir əşyanın dəyəri 500 dollar təşkil edib.

Spekulyantlarla mübarizə aparmaq üçün mebel istehsalçısı və “Ogilvy Social Lab” agentliyi Brüsseldə beyin impulslarını və ürək döyüntüsünü hesablayan “(He)art Scanner” skanerini tərtib ediblər.

Şirkət onu alıcının almağa hazırlaşdığı əşyadan həqiqətən xoşlanıb-xoşlanmadığını müəyyən etmək üçün istifadə edib.
Alıcı skaneri taxırdı, bundan sonra onu qaranlıq otağa keçirirdilər. Orada o, bir-bir xalçaları təhlil edə bilirdi. Cihaz onlardan hansınınsa alıcının kifayət qədər çox xoşuna gəldiyini qeyd etdiyi zaman müştəri xalçanı ala bilərdi. Əgər həvəs əhəmiyyətsiz olurdusa, alıcı növbəti mala keçə bilərdi.

Yekunlar üzrə “IKEA”-nın promoçarxında art-kolleksiyadakı bütün malların Brüsseldə bir həftə ərzində satıldığı və digər ölkələrdə satılmış mallardan fərqli olaraq, heç birinin “eBay”-ə çıxmadığı deyilir.

Samirə Məmmədova