ilham-eliyev-bmt-ile-imzalanmis-sazisi-tesdiqledi

İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilib. 

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Qeyd edək ki, saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.