ilham-eliyev-bu-il-fuzuli-aeroportunun-enme-zolagi-istifadeye-verilmelidir

İlham Əliyev: Bu il Füzuli aeroportunun enmə zolağı istifadəyə verilməlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli beynəlxalq aeroportunun təməlqoyma mərasimindən sonra “Instagram” hesabında video paylaşıb. 

Videoda Prezident İlham Əliyev bildirib ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir:

“Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ bilərlər. Bununla paralel olaraq, göstəriş verildi ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün bura gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən, digər şəhərlərimizdən... İndi isə istiqamət Şuşa şəhəridir və yol boyunca əlavə məlumat veriləcəkdir”.