Prezident İlham Əliyev İmişli rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (71 km)-Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (71 km)-Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.6-cı yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon manat ayrılıb.