ilham-eliyev-haciqabul-rayonuna-sefer-edib

İlham Əliyev Hacıqabul rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfər edib. 

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.