ilham-eliyev-icra-bascisini-vezifesinden-azad-etdi-yeni-teyinat

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Ə.İ.Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.