“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, sənəd 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
Xatırladaq ki, memorandum 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanıb.