Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva forumun açılış mərasimində iştirak edirlər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Həmin görüntüləri təqdim edirik:
10:53
Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək.
İki gün davam edəcək forum Ağdam və Bakı şəhərlərində keçiriləcək.
Forumun Ağdamda keçirilən ilk günündə Prezident İlham Əliyev çıxış edəcək.
Çıxışı Prezidentin rəsmi sosial şəbəkə hesablarından izləyə bilərsiniz: