ilham-eliyev-umumdunya-seher-forumunun-sessiyalarinin-birinin-azerbaycanda-kecirilmesini-teklif-edib

İlham Əliyev Ümumdünya Şəhər Forumunun sessiyalarının birinin Azərbaycanda keçirilməsini təklif edib

"Böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.

"Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır", - Prezident vurğulayıb.