Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu gün Şuşa şəhərində səfərdə olub.
Səfərlə bağlı görüntüləri Mehriban Əliyeva öz sosial media hesabında paylaşıb.
Səfər çərçivəsində İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın sarayında olublar. Saray işğal illərində tamamilə baxımsız vəziyyətə düşüb və dağıdılıb.
İlham Əliyev bildirib ki, mənfur düşmən bizim torpaqlarımızı işğal etməklə yanaşı, həmin torpaqlarda yerləşən tarixi abidələri də məhv edib.
Görüntüləri təqdim edirik: