Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Milli Məclisin aprelin 9-da keçirilən iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Məsələ səsə qoyularaq qəbul edilib.