“Prezident İlham Əliyevin hər zaman fəaliyyətinin əsas istiqaməti daha güclü və qüdrətli Azərbaycan qurmaq, ölkəni daha da inkişaf etdirmək, xalqın sosial müdafiəsini daha da gücləndirmək və onun yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasıdır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, 2018-ci ildə son prezident seçkilərində Azərbaycan xalqının etimadı ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin tapşırıqları ilə həyata keçirilən köklü islahatların icrası zamanı imzalanan fərman və sərəncamların nəticəsində ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişlər təmin edilib:
“Prezidentin başçılığı ilə ölkənin iqtisadi gücü artdıqca Azərbaycanın beynəlxalq müstəvidə əlaqələri, əməkdaşlıqları möhkəmləndikcə əhalinin sosial müdafiəsinin güclənməsi istiqamətində mühüm addımlar atılıb. 2018-ci ildən bu günə kimi həyata keçirilən inqilabi islahatlar nəticəsində vətəndaşların minimum əməkhaqları 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faiz artıb”.
Cavid Osmanov vurğulayıb ki, son dörd il ərzində İlham Əliyevin imzaladığı fərman və sərəncamlar uğurla icra olunmaqdadır:
“Bu da ölkəmizin sosial siyasətdə qarşıda duran dövrdə yeni-yeni nailiyyətlərə imza atacağının bir təzahürüdür”.
Report