“Counterpoint Research” şirkətinin mütəxəssisləri dünyanın ən çox satılan 2018-ci il smartfonlarınının reytinqini tərtib edib. İnsider.az bu barədə “Gizmochina”-ya istinadla yazır.
Reytinqə əsasən, ilk yeri “iPhoneX” flaqmanı tutub.
Ondan başqa, növbəti üç pillədə də “alma” qadcetləri yerləşir: “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone 7”.
Beşinci yerdə “Xiaomi Redmi 5A”-dir, altıncı yeri isə “Samsung Galaxy S9” tutub. Ardı ilə daha iki “Apple” qadcetləri gedir – “iPhone XS Max” və “iPhone XR”.
Top-onluğu “Galaxy S9 Plus” və “Galaxy S6” bağlayır.
Samirə Məmmədova