ilk-defe-ise-qebul-olunan-muellimlerle-bagli-qerar

İlk dəfə işə qəbul olunan müəllimlərlə bağlı qərar

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti beş ildən üç ilə endirilib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qeyd edək ki, qanuna dəyişikliklər təsdiqlənməzdən əvvəl ilk dəfə işə qəbul olunan müəllimlər beş il müddətində sertifikatlaşdırmadan keçmirdilər.