ilk-gunes-batareyali-avtomobil-bazara-cixir

İlk günəş batareyalı avtomobil bazara çıxır

“Sono Motors” alman startapı dünyada ilk günəş paneli olan ailəvi avtomobili kütləvi istehsalatda işə salır.

İnsider.az bu barədə “Unian”-a istinadla bildirir.

“Sion” elektrik avtomobili Münxendə hələ 2016-cı ildə tərtib olunmağa başlamışdı. Hazırda şirkət günəş batareyalı hibridin seriyalı istehsalına hazırdır.

Avtomobilin üzərinə 330 günəş fotoelementi yerləşdirilib. Bu fotoelementləri toz, palçıq və sudan qorumaq üçün onları polikarbonatın ən nazik qatı ilə örtüblər. Elektrik panel şarj edilmədən 30 kilometr təmin etməyə qadirdir. Onu şarj etmək üçün 8 saat lazım olacaq, lakin sürücü rozetkaya “bağlı” deyil. Bundan başqa, avtomobil 250 km-lıq gediş ehtiyatlı akkumulyatorla təchiz olunub. O, 40 dəqiqəyə 80%-dək enerji yığır.

Qeyd edək ki,“Sion” salonda optimal nəmlik səviyyəsini saxlayan və xırda zərrəciklərin 20%-dək filtr edən mamır əsasında olan qeyri-adi filtrlə təchiz edilib.

Hibrid elektromobil 2019-cu ildə bazara çıxacaq. Onun ilkin dəyəri 16 min avrodur.

Samirə Məmmədova