ilon-mask-abs-da-sahibi-oldugu-son-evi-de-satir

İlon Mask ABŞ-da sahibi olduğu son evi də satır

“Tesla” şirkətinin qurucusu və baş icraçı direktoru İlon Mask ABŞ-da sahibi olduğu son evi satmaq niyyətində olduğunu bildirib.

İndiyə qədər malikanə icarəyə verilib.

Bu barədə o “Twitter” hesabında qeyd edib:

“Son evimi satmağa qərar verdim. Bura xüsusi bir yerdir”.

Qeyd edək ki, Mask 2020-ci ilin may ayından ABŞ-dakı malikanələrini satmağa başlayıb.