ilon-mask-falcon-heavy-ni-ise-saldi

İlon Mask “Falcon Heavy”-ni işə saldı 


“SpaceX” təkrar ağır raket daşıyıcısı “Falcon Heavy”-ni işə saldı.

İnsider.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin canlı yayımı şirkətin səhifəsində gedib.

Floridada Kanaveral burnundakı Kennedi kosmik mərkəzindən start götürən raket orbitə Səudiyyə əlaqə peyki “Arabsat-6A”-nı çıxaracaq. Busterlər öz tapşırığını yerinə yetirdikdən sonra, təkrar istifadə üçün öz mühərrikləri üzrə verilmiş hədəfə enməlidirlər. İşə salma bir neçə dəfə təxirə salınıb və əvvəlcə raketin buraxılması aprelin 11-i planlaşdırılsa da, lakin güclü külək səbəbindən onu bir sutka da ertələdilər. 

Xatırladaq ki, “SpaceX” şirkətinin raketi “Falcon Heavy”-nin ilk uçuşu 2018-ci ilin fevral ayında baş tutub. Maksimal konfiqurasiyada bu ağır raket daşıyıcısı Yerə yaxın orbitə 64 tona qədər yük çatdıra bilər.

Samirə Məmmədova