ilon-mask-marsa-biletin-qiymetini-aciqladi

İlon Mask Marsa biletin qiymətini açıqladı

“SpaceX”-in rəhbəri İlon Mask bildirib ki, onun şirkətinin kosmik gəmisində Marsa biletin təxmini qiyməti 100 min dollar olacaq.

Dünyanın ən varlı adamının fikrincə, qiymət Yer kürəsinin bir çox sakinləri üçün münasib olmalıdır.

“Məsələn, Marsa getmək 100 000 dollara başa gələrsə, o zaman demək olar ki, hər kəs bunun üçün çalışa bilər. Biz Mars səyahətini hamı üçün əlçatan etmək istəyirik”, - deyə milyarder bəyan edib.