“SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan Amerika sahibkarı İlon Mask ABŞ-ın Texas ştatında pilotsuz “Tesla” avtomobilinin iştirakı ilə qəzanın təfərrüatlarından danışıb.
“İndiyə qədər alınmış məlumat qeydləri göstərir ki, avtopilot qoşulmayıb və bu avtomobil üçün tam avtonom sürmə funksiyası alınmayıb", - İlon Mask deyib.
O, qeyd edib ki, elektromobil avtopilotun fəaliyyəti üçün tələb olunan xüsusi nişanın olmadığı küçədə hərəkət edib.
Xatırladaq ki, hadisə aprelin 17-də olub. “Tesla” elektromobili Texas ştatında yüksək sürətlə hərəkət edərkən ağaca çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Qəza xidmətlərinin əməkdaşları yol-nəqliyyat hadisəsindən sonra baş verən yanğını söndürmək üçün 4-dən çox saat vaxt sərf edib.
Hadisə zamanı iki nəfər həlak olub.
Report