“Twitter”i 44 milyard dollara satın alan İlon Mask nəhayət CEO kreslosunu təhvil verib.
“Twitter”ə qadın direktor təyin edilib.
Yeni CEO ABŞ-də televiziya sahəsində çalışan, eyni zamanda film və kitab yazarı olan Bess Kalbdır. Bess Kalb “The New Yorker” jurnalında jurnalist və televiziya proqramı aparıcısı kimi fəaliyyət göstərir.
Yeni vəzifəsi barədə Kalb öz “Twitter” hesabından açıqlama verib.
“Nəhayət bəyan edə bilərəm: “Twitter”in yeni CEO-su olmaqdan qürur duydum. Açıq desəm, hələ də şokdayam. Çox həyəcanlıyam”, - deyə o qeyd edib.
Xatırladaq ki, daha öncə bu barədə danışan Mask “Twitter”də onu əvəzləyəcək şəxslə bağlı maraqlı ifadə işlətmişdi. “Yerimə keçəcək bir axmaq tapanda CEO vəzifəmi tərk edəcəm. Bundan sonra ancaq proqram təminatı və server komandalarını idarə edəcəm”, - deyə bildirmişdi.
Qeyd edək ki, Maskın izləyiciləri arasında vəzifəsindən gedib-getməməsi ilə bağlı keçirdiyi sorğuda respondentlərin 57,5 faizi və ya 10 milyondan çox istifadəçi Maskın istefa verməsini istəmişdi.
Oxu.Az