Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətinin rəhbəri İlon Mask “Roskosmos”un rəhbəri Dmitri Roqozini “Nauka” çoxfunksiyalı laborator modulunun Beynəlxalq Kosmik Stansiya ilə əlaqələndirilməsi münasibətilə təbrik edib.
İnsider.az APA-ya istinadən xəbər verir ki, Roqozin də öz növbəsində Maska minnatdarlığını ifadə edərək, işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, sözügedən modul BKS-yə iyulun 29 -da uğurla qoşulub.