"Süni intellektin bəşəriyyəti məhvetmə şansı 10%-dən 20%-ə qədərdir".
Bunu ABŞ-li milyarder, iş adamı İlon Mask beynəlxalq "Cannes Lions" festivalında deyib.
Maskın sözlərinə görə, söhbət fiziki yox, əqli məhv edilməkdən gedir. Onun fikrincə, Yer kürəsinin sakinləri süni intellektin inkişafı və insan əməyinə ehtiyacın azalması səbəbindən emosional böhranla üzləşə bilərlər.
"Əgər süni intellekt sizin edə biləcəyiniz hər şeyi edə bilirsə, üstəlik, daha yaxşı edə bilirsə, o zaman nəsə etməyin nə mənası var? Düşünürəm ki, ekzistensial böhran baş verəcək", - deyə Mask qeyd edib.
Oxu.Az