Amerikalı sahibkar, “Tesla” və “Space X” şirkətlərinin rəhbəri, “Twitter” sosial şəbəkəsində pay alan İlon Mask Direktorlar Şurasına daxil olmaq fikrini dəyişib.
Bu barədə şirkətin direktoru Paraq Agraval özünün “Twitter” hesabından məlumat verib.
“İlon bizim Direktorlar Şurasında olmamaq qərarına gəldi”, - deyə o bildirib.
Maskın “Twitter”in rəhbərləri arasında olacağına dair məlumatlar sahibkarın sosial şəbəkənin səhmlərində pay aldığını elan etməsindən az sonra ortaya çıxmışdı.