ABŞ-ın Qiymətli Kağız və Birja üzrə Komissiyası (SEC) və “Tesla”-nın rəhbəri İlon Mask yeni saziş bağlayıb. Sazişə əsasən, sahibkar hüquqşünasın təsdiqi olmadan, sosial şəbəkələrdə daha şirkət haqda məlumat dərc edə bilməyəcək.
İnsider.az xəbər verir ki, bu sənəd məhkəmə tərəfindən də təsdiqlənməlidir.
“Həssas” məlumatlar siyahısına maliyyə göstəriciləri, planlaşdırılan sövdələşmələr barədə məlumat, daha öncə dərc olunmayan istehsal göstəriciləri, yeni istiqamətlərin proqnozları və anonsları, Maskın səhm alqı-satqısı barədə xəbərlər, idarəçilik strukturunda dəyişikliklər daxil edilib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında tənzimləyici Maskın “Twitter”-də şirkətini özəl etməsini söz verdiyindən sonra, onu dələduzluqda ittiham etmiş və məhkəmədən Maskı “Tesla”-nın rəhbərliyindən kənarlaşdırmağı tələb etmişdi.
Mask “Tesla”-nın direktorlar şurası sədri vəzifəsindən getməyə və şirkətə 40 milyon dollar cərimə ödəməyə razılıq vermişdi. Həmçinin şirkət Maskın sosial şəbəkələrdəki ismarışlarına “əlavə nəzarət tədbirləri” götürməli idi.
Samirə Məmmədova