“Instagram”ın “hekayə” bölümündə “Mute white people” (“Ağ adamları susdurun”) animasiya “gif”i yayılıb. Onu sosial şəbəkə yaratmayıb, müəllif stikeridir. Bununla belə, istifadəçilər qəzəbləniblər və petisiyaya başlayıblar.
Onların sözlərinə görə, ağdərili insanların ağzını yummaq barədə çağırış elə irqi ayrı-seçkilikdir. Dözümsüzlüklə bu yolla mübarizə aparmaq qəribədir və düzgün deyil.
“İrqi ayrı-seçkiliyə qarşı elə irqi ayrı-seçkiliklə mübarizə?”, - deyə istifadəçilərdən biri sual verib.
ABŞ Prezidenti Donald Trampın oğlu da “Twitter” hesabında sarkazmlı ismarıc paylaşıb:
“Yadınızda saxlayın, əgər bu, ağdərililərə qarşı edilirsə, irqi ayrı-seçkilik deyil”.