ingiltere-irana-qarsi-herbi-emeliyyata-qosula-biler

"İngiltərə İrana qarşı hərbi əməliyyata qoşula bilər"

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

İnsider.az xəbər verir ki, o, Nyu-Yorkda verdiyi açıqlamasında, İranın Səudiyyə Ərəbistanın milli neft şirkəti "Saudi Aramco" müəssisələrinə təşkil edilən hücumlara görə məsul olduğunu və İngiltərənin ABŞ-ın başçılıq edəcəyi bir hərbi əməliyyata qoşula biləcəyini deyib.

Həmçinin Conson, Böyük Britaniyanın Orta Şərqdə gərginliyin azalması üçün müttəfiqləri ilə işləməyə davam edəcəyini bildirib.

Daha əvvəl ABŞ və Səudiyyə Ərəbistanı da hücum məsələsində İranı günahlandırmışdı. ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanına əlavə əsgər və raket əleyhinə müdafiə sistemi göndərməyə qərar verib. 

©Marja