insan-bedeninin-istiliyi-ile-cihazlara-enerji-doldurmaq-olacaq

İnsan bədəninin istiliyi ilə cihazlara enerji doldurmaq olacaq

"MİSiS" Milli Tədqiqat Texnologiya Universitetinin mütəxəssisləri və beynəlxalq alimlər qrupu enerji doldurma qurğularının (bilərzik) istehsalında tətbiq edilə bilən nanoborular əsasında termoelektrik polimer material hazırlayıblar.

İnsider.az xəbər verir ki, termoelektrik materiallara istiliyi elektrik enerjisinə çevirə bilən kimyəvi birləşmələr və ya metal ərintiləri aiddir. Ərintilər əsasında hazırlanan mövcud termoelektriklərin faydalı iş əmsalı aşağıdır (təxminən 10%) və bir sıra çatışmazlıqlara malikdir. Alimlər alternativ variant kimi otaq temperaturunda işləyə bilən polimer materiallarını nəzərdən keçirirlər, həmin materialların elastikliyi sayəsində onlara istənilən forma vermək mümkündür, onlar toksik deyil və aşağı istilikkeçirmə xassəsinə malikdirlər ki, bu da enerjinin çevrilməsi vaxtı itkilərin qarşısını alır.