“Instagram” sosial şəbəkəsi vaksinlər barədə feyk məlumatların yayılmasına kömək edən heşteqləri blok edəcək.
İnsider.az “Engadget”-ə istinadla xəbər verir ki, söhbət “yalan olduğu sübut oluna bilən iddialardan” gedir.
Sosial şəbəkənin yeni siyasəti zərərsiz görünə bilinən, lakin həqiqətdə təkzib edilmiş iddiaların yayılması üçün istifadə olunan heşteqlərə aid olacaq.
Qeyd edək ki, daha öncə yüzlərlə istifadəçi sosial şəbəkəni “vaksinlər barədə dezinformasiyanın qeyri-ardıcıl emal olunmasında” tənqid etmişdi.
Xatırladaq ki, Almaniyada vaksinlərlə bağlı qanun layihəsi hazırlanıb. Qanuna əsasən, uşaqlarına peyvənd vurdurmayan şəxslər 2,5 min avro cərimələnəcək, peyvənd olunmamış uşaqlar isə uşaq baxçalarına buraxılmayacaq.
Samirə Məmmədova