“Instagram” sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir.
Bugünlərdə şirkət şəbəkə ilə bağlı daha bir yeniliyə imza atıb.
Bundan sonra “Instagram”a daxil olmaq üçün doğum tarixinin qeyd olunması məcburi olacaq. Lazımi məlumatı bölüşməyənlərin isə profili bağlanacaq.
Həmçinin, şəbəkə süni intellekt vasitəsilə verilən məlumatların həqiqiliyini də yoxlayacaq.
Şirkətdən verilən məlumata görə, bu tələb azyaşlıların uyğunsuz reklam və kontentdən qorunması məqsədi daşıyır.
Haber Global