instagram-direct-tetbiqini-baglayir

“Instagram” “Direct” tətbiqini bağlayır

“Instagram” istifadəçilər arasında ismarış mübadiləsi üçün ayrı tətbiq olan “Direct”-i bağlayacaq. İnsider.az bunu “TechCrunch”-a istinadla xəbər verir.

“Direct” tətbiqi cari ilin iyun ayında bağlanacaq. İsitfadəçilərin söhbətləri “İnstagram”-ın əsas tətbiqinin şəxsi ismarışlar (“Direct”) bölməsində qalacaqlar.

Belə qərarın səbəbləri barədə şirkət izahat verməyib. “TechCrunch” resursu qeyd edir ki, qərar ana şirkət olan “Facebook”-un öz servisləri (“Messenger”, “Instagram” və “WhatsApp”) arasında vahid ismarış mübadiləsi sistemininin tərtibatı planları barədə elanından bir qədər sonra verilib.

“Instagram” “Direct” tətbiqinin test edilməsinə 22017-ci ilin dekabrında başlayıb. Tətbiq “Android” və “iOS” platformasında olan cihazlar üçün Çili, İsrail, İtaliya, Portuqaliya, Türkiyə və Uruqvayda əlçatan idi. İsitfadəçilər bir-birinə ismarış yaza, foto və videolarla bölüşə bilirdilər. “Direct”-i quraşdırdıqdan sonra əsas “İnstagram” tətbiqində şəxsi mesajlar bölməsi itirdi.

Şirkət tətbiqə girişi olan istifadəçilərin ümumi sayını açıqlamır.

Samirə Məmmədova