“Instagram” sosial şəbəkəsi moderasiya siyasətində dəyişiliklər edib. Bundan sonra istifadəçinin hesabı silinmək üzrə olduqda, sosial şəbəkə istifadəçini xəbərdar edəcək. İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin bloqunda deyilir.
Bildirişdə sosial şəbəkənin silməli olduğu publiksiyalar, şərhlər və “hadisələr”, həmçinin bunun səbəbləri sadalanacaq.
Misal üçün, “Instagram” pornoqrafiya, qərəzli, cana gətirmənin olduğu publikasiyaları və sosial şəbəkənin qaydalarını pozan digər kontenti silir.
“Instagram” istifdəçilərə sosial şəbəkənin qərarını bilavasitə bildirişdə şikayət etməyə imkan verəcək. Əgər publikasiya səhvən silinibsə, “Instagram” yazını bərpa edəcək.
Samirə Məmmədova