instagram-istifadecilerin-tehlukesizliyi-ucun-yeni-funksiyalar-tetbiq-edib

“Instagram” istifadəçilərin təhlükəsizliyi üçün yeni funksiyalar tətbiq edib

“Instagram” sosial şəbəkəsi istifadəçiləri qoruyacaq iki yeni funksiyanı tətbiq edib. İnsider.az bunu “Kommersant”-a istinadla xəbər verir.

Yeniliklərin arasında təhqiredici şərhləri aşkar edən mexanizm var.

“Instagram”-ın press-relizinə əsasən, ilk funksiyada süni intellekt istifadəçilərin öz publikasiyalarında və ya şərhlərində hansı leksikadan istifadə etdiklərini müəyyən edəcək. Əgər ifadələr təhiredici kimi qiymətləndirilsələr, o zaman müəllifinə onları redaktə etmək təklif olunacaq.

Bundan savayı, istifadəçilər onlara xoş olmayan şəxslərdən gələn mesajları gizlətmək imkanını da əldə edəcək. Lakin şərhin müəllifi öz yazdıqlarını görə biləcək. Sosial şəbəkədə qeyd ediblər ki, təqibə və təhqirə məruz qalan şəxslərin özünü müdafiəsinə kömək etmək niyyətindədirlər. Qeyd edək ki, ikinci funksiya “Restrict” (“Məhdudlaşdırmaq”) adını alıb. Bu funksiyaya əsasən, mədudiyyət qoyulacaq şərhlərin müəllifləri şərhlərini ünvanladıqları şəxslərin nə vaxt onlayn olub onların şəxsi ismarışını oxuduqlarını görə bilməyəcək.

Samirə Məmmədova