“Instagram” sosial şəbəkəsi istifadəçilərinin layk sayğaclarını kütləvi şəkildə söndürməyə başlayıb. Eksperiment İtaliya, Braziliya, Avstraliya və digər bir neçə ölkədə tətbiq olunmağa başlayıb. İnsider.az bunu “10 Daily”-ə istinadən xəbər verir.
Bununla yanaşı sosial şəbəkə tərtibatçıları layk sayğaclarını tamamilə aradan qaldırmayacaqlar, lakin onları ancaq publikasiya müəllifləri görə biləcəklər. Eyni zamanda kənar istifadəçilər publikasiya altında neçə layk qoyulduğunu görə bilməyəcək. Bütün məlumat və statistika müəllifə əlçatan olacaq.
Beləcə, şirkət nümayəndələrinin fikrincə, bu qərar müəlliflərə özlərini digərlərilə müqayisə etməkdə deyil, yerləşdirdikləri kontentin keyfiyyətində cəmlənməyə imkan yaradacaq.
Samirə Məmmədova