instagram-xidmetlerinden-birini-dayandirir-foto

“Instagram” xidmətlərindən birini dayandırır - FOTO

“Instagram” sosial şəbəkə istifadəçiləri arasında söhbət etmək üçün yaratdığı “Threads” layihəsini dayandıracağını təsdiqləyib.

Bir növ “Facebook Messenger”in analoqu olan layihə hər hansı səbəbdən əsas proqramdan kənarda söhbət etmək istəyən “Instagram” istifadəçiləri üçün nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Instagram”da hazırda “Direct Messages” funksiyası mövcuddur.

Şirkətdən bildirib ki, tezliklə istifadəçilər “Threads” xidmətinin dayandırılacağı ilə bağlı bildirişləri almağa başlayacaqlar. Funksiyanın özü isə ilin sonuna qədər tamamilə fəaliyyətini dayandıracaq.