“Intel” şirkəti smartfonlar üçün 5G-modemlərini tərtib etməkdən imtina edib. İnsider.az xəbər verir ki, bu barədə şirkət özü bildirib.
“Intel” 5G şəbəkələri üçün infrastrukturun tərtibatına investisiya ayırmağa davam edəcək. Şirkət 4G-modemlərinə olan sifarişləri qəbul etməyə hazırdır, lakin smartfonlar üçün 5G-modemlərini buraxmağı planlaşdırmır.
Həmçinin “Intel” kompüter və cihazlar üçün 4G- və 5G-modemlərinin buraxılış perspektivlərini dəyərləndirməyə davam edəcək.
Qeyd edək ki, aprelin 16-sı “Qualcomm” və “Apple” 2017-ci ildən bəri aralarında davam edən bütün məhkəmə işlərini dayandırmağa qərar verdilər. Yeni altı illik sövdələşməyə əsasən, “Qualcomm” “Apple” cihazları üçün çiplər təchiz edəcək.
“Reuters”-in məlumatına görə, bu, “Apple”-a 5G texnologiyalı smartfonların hazırlanması üçün “Qualcomm” texnologiyasından yararlanmağa imkan yaradacaq.
Samirə Məmmədova