İnternetin sürətini artırmaq üçün səkkiz üsul məlum olub.
İnsider.az bu barədə “The Sun” resursuna istinadla xəbər verir.
Ekspertlərin sözlərinə görə, buna bir çox faktor – ruteri əhatə edən əşyalardan tutmuş proqram təminatı ilə olan poblemlərə kimi – təsir göstərə bilər.
İlk məsləhət ən sadəsidir. Brauzerdə keş-yaddaşı təmizləmək tövsiyyə olunur. Həmçinin onu son versiyaya kimi yeniləmək gərəkdir.
İnternet sürətinə kompüterdəki viruslar təsir edə bilər, ona görə də istifadəçilər cihazı mütəmadi təmizləməlidirlər.
Anoloji olaraq məlumat ötürülməsi sürətinə fon rejimində çalışan tətbiqlər də təsir göstərir. Tapşırıq dispetçeri üzərindən açıq proqramlara nəzarət etmək tövsiyyə olunur.
Ruteri mümkün qədər yüksək yerdə yerləşdirmək lazımdır. Bu yolla siqnal evdəki bütün otaqları əhatə edəcək. Ruteri pəncərəyə yaxın qoymaq məsləhət deyil. Belə olanda, siqnal digər mənzillərə gedəcək. Həmçinin akvariumun yanında da ruteri qoymağı məsləhət görmürlər. Belə halda su siqnalı boğacaq.
Ən nəhayət, sizdən başqa heç kimi şəbəkəyə qoşula bilməməsi üçün “Wi-FI” şifrəsi etibarlı olmalıdır.
Samirə Məmədova