“Apple” “iOS 13” beta-versiyasına ödənişli abunəlik barədə xəbərdarlıqları əlavə edib – onlar istifadəçinin abunə olduğu tətbiqi sildiyi vaxt cihazın ekranında peyda olur. İnsider.az-ın məlumatına görə, buna “Twitter”-də “MacStories”-in redaktoru Federiko Vitiççi diqqət yetirib.
Yeni funksiya, “The Verge”-ün qeyd etdiyinə görə, “Apple”-ın alış-verişlərin tətbiqlərdəki ödəniş şərtlərini istifadəçilər üçün daha aydın etmək cəhdidir. 2019-cu ildə şirkət artıq, “Abunəliklərin idarə olunması” bəndini istifadəçi profilinə keçirərək, “App Store”-da abunəliklər üzrə axtarışı sadələşdirib.
Qeyd edək ki, “Android” cihazlarında artıq analoji funksiya mövcud idi.
Samirə Məmmədova