Lider mobil operator iPhone pərəstişkarları üçün yeni kampaniya təqdim edir
“Azercell Telekom” MMC noyabr ayının 20-dən etibarən Azercell Eksklüziv mağazalarında iPhone 12 Pro Max və iPhone 12 Mini telefonlarının satışına start verib. Lider mobil operator internetin inanılmaz sürətini dünyanın ən güclü performansına malik smartfonları vasitəsilə hiss etmək imkanı yaradıb. Apple brendi ilə birgə əməkdaşlıqda abunəçilərini növbəti kampaniya ilə sevindirən Azercell, iPhone smartfonlarının yeni modellərini alan hər bir abunəçiyə 3 ay ərzində hər ay 50 GB həcmində internet paket hədiyyə edir.
Xatırladaq ki, Azərbaycanda Apple şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell, noyabr ayının 6-dan etibarən eyni şərtlər ilə iPhone 12 və iPhone 12 Pro telefonlarının da satışına başlayıb.
Yeni iPhone smartfonlarının açdığı sərhədsiz imkanları Azercell ilə kəşf edin!
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/devices/iPhone12ProMax/ səhifəsinə keçid etməyiniz xahiş olunur.