iphone-17-modellerinin-qiymeti-melum-oldu

"iPhone 17" modellərinin qiyməti məlum oldu

Tanınmış insayder "Ice Universe" 2025-ci ildə satışa çıxarılacaq "iPhone 17" modellərinin texniki xüsusiyyətləri ilə bağlı təfərrüatı açıqlayıb.

Bütün modellər kadr sürəti artırılmış ekranlarla təchiz ediləcək, lakin kameraların sayı dəyişməz qalacaq. Pro modelləri 12 GB RAM alacaq, aşağı versiyalar isə 8 GB RAM ilə qalacaq.

Ən yadda qalan yeni məhsul "iPhone 17 Slim" olacaq. O, 6,65 düymlük ekran, A19 çipi və 8 GB RAM-a malik olacaq. Cihazın qiyməti ən azı 1300 dollar olacaq.

Bundan əlavə, seriyaya 60 Hz tezlikli 6,1 düymlük ekran, "Apple" A18 prosessoru, 48 MP təsvir ölçülü bir kamera, 6 və ya 8 QB əməli yaddaşla təchiz ediləcək "iPhone" SE 4 daxil olacaq. Onun qiyməti 500-550 dollar arasında dəyişəcək.

Qeyd edək ki, "Ice Universe" bazar haqqındakı məlumatı və dəqiq proqnozları ilə tanınır.

Oxu.Az