iphone-2020-nin-esas-yeniliyi-melum-oldu

“iPhone 2020”-nin əsas yeniliyi məlum oldu

2020-ci ilin “iPhone” xətti, analitiklərin sözlərinə görə, son “Apple” smartfon modellərinin ayrılmaz tərkib hissəsi olan ekranlardakı firmaya aid kəsikdən məhrum ediləcək.

Bu barədə İnsider.azAppleinsider.com”-a istinadla məlumat verir.

Gözlənilir ki, ekran qadcetlərin bütün ön panelini tutacaq. Bu haqda, xüsusilə, ABŞ texnonəhənglərinin təchizatçılarına istinad edərək, “Credit Suiesse” şirkətinin analitiki bəyan edib. Onun sözlərinə görə, “Apple” artıq bu nəsil cihazlar üçün OLED-displeylər sifariş verib.

Dizaynın kökündən dəyişikliyi yuxarıda kiçik çərçivədə "Face ID"-kamerasının daha kompakt modulunun yerləşdirilməsini nəzərdə tutur.

Həmçinin, əlavə olaraq “Apple”-ın bilavasitə displeyə quraşdıracağı "Face ID"-skanerlə barmaq izi skanerini bir yerə sığdıracağı da deyilir.

Samirə Məmmədova