Apple şirkəti, ehtiyat hissələri tədarükçülərinə iPhone 13 modelinə tələbin zəiflədiyini bildirib. Bu vəziyyət, bəzi istehlakçıların çətin tapılann məhsullardan uzaqlaşdıqlarına işarə edir.
Qlobal tədarük qıtlığından qaynaqlanan çətinliklərlə qarşı-qarşıya olan ABŞ-ın Apple şirkəti indi başqa bir problem olan yavaşlayan tələb ilə mübarizə aparır.
Mövzu haqqında məlumata malik mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, şirkət ehtiyat hissələri tədarükçülərinə iPhone 13 modelinə tələbin zəiflədiyini bildirib. Bu vəziyyət, bəzi istehlakçıların tapılması çətin məhsullardan uzaqlaşdıqlarına işarə edir.
Apple şirkəti, ehtiyat hissələri çatışmadığına görə, 90 milyon ədəd olan iPhone 13 istehsal hədəfini bu il üçün 10 milyon ədəd azaldıb. Ancaq ehtiyat hissələri tədarükü probleminin aradan qaldırılması ilə, bu itkinin böyük qisimimin gələn il kompensasiya ediləcəyi gözlənilirir.
Bu rüb, Apple və Wall Street-in daha əvvəl nəzərdə tutduğu möcüzə bir rüb olmayacaq. Ehtiyat hissələrinin çatışmazlığı və təhvilinin gecikmələri bir çox istehlakçını məyus edib. İnflyasiyadakı artım və koronavirusun Omikron variantına görə də istehlakçıların narahatlıqları daha da artıb və bu da satışların azalmasına səbəb ola bilər.
Marja