ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara vergi tətbiqini həyata keçirəcəyi üçün “iPhone”-un da bahalaşacağına səbəb olacaq. İnsider.az xəbər verir ki, yeni vergilərin tətbiqi barədə o, öz rəsmi “Twitter” səhifəsində bildirib.
Tramp sentyabrın 1-dən Çindən idxal olunan mala 300 milyard dollar həcmində 10%-lik tarifin tətbiq ediləcəyini deyib. Bu vergini Çindən malları idxal edən amerikan şirkətləri ödəyəcəklər.
“iPhone”-lar Çinin ərazisində istehsal edildiyi üçün və hüquqi olaraq qadcetlər çin malı olduğuna görə, bu tarif “Apple” mallarına da şamil olunacaq. Bu səbəbdən “apple” smartfonlarının qiymətinin artacağı gözlənilir.
Samirə Məmmədova