iphone-da-tehlukeli-bosluq-askar-edilib

“iPhone”da təhlükəli boşluq aşkar edilib

“Google” şirkətinin kibertəhlükəsizlik bölməsinin əməkdaşı İen Bir “iPhone”da təhlükəli boşluq aşkar edib.

İnsider.az xəbər verir ki, bu barədə “Google Project Zero” saytı məlumat yayıb.

Bildirilir ki, İen Bir “iOS” əməliyyat sistemində “sıfır gün” (zero day) boşluqlarına aid olan təhlükəli çatışmazlıq aşkar edib. Bu boşluq hakerə “iPhone” cihazına məsafədən qoşulmağa imkan verir. “Google”un əməkdaşı qurğuya qoşula, elektron poçtu oxuya, şəkilləri yükləyə, həmçinin kameraya və mikrofona çıxış əldə edə bilib. Həmin boşluq “iPhone”, “iPad”, “Mac” kompüterləri və “Apple Watch” “ağıllı” saatlarının öz aralarında əlaqə qurmaq üçün istifadə etdikləri “AWDL” (Apple Wireless Direct Link) protokolunda aşkar edilib. Bu halda qurğunun sahibi müdaxilə izini aşkar edə bilmir.