Köhnə telefonları yeniləri ilə əvəzləməyi təklif edən “BankMyCell” Amerika şirkəti araşdırma aparıb və müəyyən edib ki, ötən illə müqayisədə “Apple” smartfonları sahiblərinin loyallığı 15,2% azalıb.
İnsider.az bildirir ki, araşdırmadakı məlumat öz telefonlarını 2018-ci ilin oktrabrından bəri dəyişmiş 38 min nəfər arasında toplanıb.
Cari ilin iyun ayında isə “iPhone” sahiblərinin 18%-i (“iPhone X” sahiblərinin 26%-i daxil olmaqla) öz smartfonlarını “Samsung” məhsuluna dəyişiblər. Eyni zamanda cəmi 7,7% “Galaxy S9”-u “iPhone”a dəyişib.
Ümumilikdə “Apple”-a olan loyallıq 2011-ci ildən bəri öz ən aşağı göstəricisinə çatıb və 73% təşkil edib (2017-ci ildə o, auditoriyanın 92%-nin brendə loyal olduğu vaxt pik həddə idi).
Samirə Məmmədova