iphone-un-istehsali-artirilacaq

“iPhone”-un istehsalı artırılacaq 

“Apple” şirkəti “iPhone” olan tələbatın artması səbəbindən dolayı istehsalı 10% artırmaq niyyətindədir. 

Şirkət bir qədər ucuz smartfona sərmayə yatırmağı düşünür. 

“Apple” təchizatçılarına əlavə olaraq 8 milyona “iPhone11” sifariş vermək istədiyini bildirib.

İnsider.az xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən “Nikkei Asian Review”  məlumat yayıb.

Məlumata görə, smartfon şirkətin gözlədiyindən daha çox marağa səbəb olub.
Sifarişlərin artımı “Apple”-in  daha ucuz modellərin dəstəklənməsinə dair yeni strategiyasını təsdiq edir. Daha öncə şirkət əlavə sifarişlərə mühafizəkar yanaşırdı. Sifarişlərin 7-8 milyon artırılması 2019-cu ildə “Google” smartfonlarınnı ümumi çatdırılma sayına bərabərdir.

Qeyd edək ki, “Apple” 2019-cu ildə yeni “iPhone 11”, eləcə də “iPhone 11 Pro” və “Pro Max” modellərini təqdim edib. 

Səbinə Səmidxan