iphone-xi-in-sekilleri-yayilib

“iPhone XI”-in şəkilləri yayılıb

Sosial şəbəkədə gələcək “iPhone XI”-in korpusunun şəkilləri nümayiş edilib.

İnsider.az bu barədə “Weibo”-ya istinadla bildirir.

Gözlənilir ki, smartfonun dizaynı daha əvvəl çıxan şayiələrə müvafiq olacaq.

Yeni qacetləri fərqləndirən əsas xüsusiyyətin üç qat kameranın olması ehtimalıdır. Üstəlik, onun obyektivlərindən biri genişbucaqlı ola bilər. Linzalar üçbucaq formada yerləşdiriləcək.

Ekspertlər belə təxmin edir ki, şəkildə “Apple”-ın çexol istehsalçılarına onların cihazların anonsuna dair lazımi aksessuarları hazırlaması üçün göndərdiyi qəliblər əks edilib.

Əsas dəyişiliklər qadcetin arxa hissəsində ediləcək. Ön tərəf isə, demək olar, dəyişikliksiz qalacaq. İri “günlük” əvvəlki kimi ekranın yuxarı hissəsində olacaq. Onun daxilinə “Face ID”, səs ucaldıcı və digər sensorlar quraşdırılacaq.

Qeyd edək ki, şirkətin eyni vaxtda üç qacet təqdim edəcəyi gözlənilir. Adları isə hələ ki sirr olaraq qorunur.

Samirə Məmmədova