iphone-zavodunda-etirazlar-baslayib

iPhone zavodunda etirazlar başlayıb

Apple şirkəti üçün Çində iPhone istehsal edən müəssisənin yüzlərlə işçisi təhlükəsizlik işçiləri ilə toqquşub.

Çində yerləşən əsas iPhone istehsalı müəssisəsində yüzlərlə işçi maaşların verilməməsi və koronavirusa qarşı sərt karantin tədbirləri ilə ələqədar olaraq təhlükəsizlik işçiləri ilə toqquşub.

Hadisə şahidləri tərəfindən göndərilən videolarda "Foxconn Technology Group"un müəssisəsinin işçilərinin müəssisəni tərk edərək təhlükəsizlik qüvvələri ilə vuruşduğu görülür. Başqa bir videoda yerdə uzanmış adamın döyülməsi əks olunub. Kadrlarda bəzi etirazçıların polis avtomobilini daşqalaq etmələri də əks olunub.

Etirazlarda çoxlu sayda işçi yaralanıb, aksiyaya müdaxilə etmək üçün polis əraziyə gəlib.

Foxconn məsələ ilə bağlı açıqlama yaymayıb.  

Marja