İran İnqilab Mühafizləri Hava Qüvvələri Komandiri Əmr Əli Hacızadə, ABŞ-ı Bəsrə Körfəzindəki hərbi gəmisini vurmaqla təhdid edib.
İnsider.az xəbər verir ki, ISNA-da yer alan məlumata görə, Hacızadə, "40-50 ətrafında təyyarəsi ilə 6 min personalı olan hərbi gəmi əvvəllər bizim üçün bir təhdid idi, bu gün isə hədəf vəziyyətindədir" deyib.
ABŞ-ın qırıcı gəmisinin Bəsrə körfəzindəki mövqeyinin İranın hərbi obyektlərinə yaxın olduğunu qeyd edən Hacızadə, "Amerikalıların vəziyyəti dişlərimiz arasındakı ət kimidir. Əgər hərəkət etsələr başlarına enərik. Daha əvvəl bunlar bizim üçün təhdid idi, indi isə bir fürsətdir" ifadələrini istifadə edib.
Hacızadə, "Bizə yaxın yerdədirlər. 300 kilometr uzaqlıqdakı gəmini vurmaq gücünə malik raketlərə sahibik. Bu raketlərin mənzili son işlərlə 700 kilometrə çatdırılıb",- qeyd edib.
©Marja