İranın xarici işlər naziri Cavad Zərif avropalı partnyorların İranın Amerika sanksiyalarından müdafiəsi üçün addımlar atmadıqları təqdirdə, İran tərəfinin nüvə sazişi üzrə öz öhdəliklərini azaltmağa davam edəcəyini bildirib.
İnsider.az “Reuters”-ə istinadla bildirir ki, İran Aİ-dan İranın öz neftini sata və buna görə gəlir əldə edə biləcəyinə dair zəmanət verməsini tələb edir.
“Əgər avropalılar heç bir tədbir götürməyəcəklərsə, biz öhdəliklərin azaldılmasında növbəti addımı atacağıq”, - deyə İran XİN rəhbəri bildirir.
O, əlavə edib ki, hazırda avropalı partnyorların hərəkətləri “onların vədlərilə uyğun gəlmir”.
Samirə Məmmədova