iranda-iftar-merasimi-qadagan-edildi-kimlere

İranda iftar mərasimi qadağan edildi - KİMLƏRƏ?

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani nazirliyin tabeliyində olan şirkətlər, idarələr və müəssisələr tərəfindən istənilən iftar mərasimlərinin keçirilməsini qadağan edib.

İnsider.az-ın məlumatına görə, nazir qadağanın səbəbini maliyyə ehtiyatlarında qənaət və qeyri-zəruri xərclərin qarşısının alınması ilə əlaqələndirib.

Qeyd edək ki, İranın dini liderinin informasiya portalının yaydığı məlumata görə, bu ölkədə Ramazan ayı bu gündən başlanır.

©Trend